Fıstıqlı peçenyelər

Fıstıqlı peçenyelər
Şirniyyat və Tortlar
10.09.2017 28
Tərkibi: 
113 q yumşaldılmış kərə yağı 100 q yumşaldılmış "Filadelfiya" pendiri 
1 stəkan şəkər pudrası
0,5 çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
1 yumurta
1 çay qaşığı vanil
2,5 stəkan un 
2 çay qaşığı limon və ya portağal sedrası 
0,5 stəkan duzlu fıstıq 
Hazırlanması
İri qabda yumşaldılmış kərə yağı ilə yumşaldılmış pendiri qarışdırın (təxminən 30 saniyə).Şəkər pudrası, duz və qabartma tozu əlavə edin. Yaxşıca qarışdırın. Yumurta və vanil əlavə edib qarışdırın. Un və sedra əlavə edib qarışdırın. Xəmiri iki yerə bölüb perqament kağızının üstünə yayın. Üstünə əzilmiş fıstıq tökün. Səliqə ilə rulet kimi bükün. Dondurucuda 1 saatdan artıq saxlayın. Yaxşı forma üçün uzun mətbəx salfetinin kartonundan istifadə edə bilərsiniz. Sobanı 190 dərəcəyədək qızdırın. Ruleti 1 sm qalınlıqda dilimlərə doğrayın. Yağlanmamış siniyə düzün. 7-9 dəqiqə bişirin.Hazır peçenyeləri dəmir şəbəkənin üstünə düzüb soyudun. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!