Vişnəli muffin

Vişnəli muffin
Şirniyyat və Tortlar
10.09.2017 41
Tərkibi:
100 qram marqarin
4 şorba qaşığı şəkər tozu
2 çay qaşığı qabartma tozu
1 paket vanil
1 ədəd limonun rəndələnmiş qabığı
2 su stəkanı un
2 ədəd yumurta
4 yemək qaşığı süd
2 yemək qaşığı süd kremi
1 çay stəkanı dondurulmuş vişnə
Hazırlanması:
Otaq istiliyində gözlədilmiş marqarini qaba kiçik parçalara doğrayın. Şəkər tozu əlavə edib mikserlə 3 dəqiqə çırpın. Qabartma tozu, vanil, rəndələnmiş limon qabığı və unu əlavə edib çırpmağa davam edin. Yumurta, süd və süd kremini əlavə edin. Düzgün bir xəmir əldə edənə qədər mikserlə 5 dəqiqə çırpın.
Dondurulmuş vişnələri (həll edilməsini gözləmədən) qarışığa əlavə taxta qaşıqla altdan üstə doğru qarışdırın. Hazırladığınız xəmiri qaşıqla alaraq qəliblərə üstdən bir barmaq boşluq buraxacaq şəkildə bölüng. Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobaya verib 10-12 dəqiqə bişirin. Bir az soyuduqda xidmət edin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!