Limonlu yağış piroqu

Limonlu yağış piroqu
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi: 
115 q kərə yağı 
115 q şəkər tozu
180 q badam
4 yumurta
125 q un
1 dolu çay qaşığı qabartma tozu
30 q xaş-xaş
2 limonun sedrası və şirəsi
Şərbət üçün: 
1 limonun şirəsi
50 q şəkər tozu
 
Qlazur: 1 limonun şirəsi 
200 q şəkər pudrası
 
HazırlanmasıYumşaldılmış yağı şəkər tozu ilə xeyli qabarıncayadək çalın. 
Bir-bir yumurta əlavə edərək yaxşıca çalın. 
Badamı blenderdə xırdalayın.
Unu qabartma tozu ilə birlikdə ələkdən keçirin, badam, xaş-xaş, 2 limonun sedrasını və şirəsini əlavə edin, qarışdırın. 
Hər iki qarışığı (yağlı və unlu) bir-birinə qatın. 
Xəmiri yağ çəkilmiş siniyə tökün. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. Piroq qızılı rəngdə alınmalıdır. 
Şəkər tozu və limon şirəsindən şərbət bişirin. Şəkər tozu tam əriməlidir. 
Hazır piroqu azca soyudun, çəngəllə deşin, isti şərbəti üstünə gəzdirin. Soyumasını, şərbətin hopmasını gözləyin.
 Qlazur: şəkər pudrasını limon şirəsi ilə qarışdırın, qatılığı qatılaşdırılmış süd kimi olmalıdır. Qlazuru piroqun ortasına tökün, sonra piroqu əlinizdə hərləyərək yayılmasına çalışın. Qatı qlazur piroqun üstü ilə axaraq yağış damcılarını xatırladacaq. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!