Ballıca kökəsi

Ballıca kökəsi
Şirniyyat və Tortlar
10.09.2017 89
Xəmir üçün: 
210 q un
1 yumurta
50 q şəkər pudrası
100 q yağ
1 çimdik duz (pudra kimi)
1/4 çay qaşığı qabartma tozu
İçi üçün: 
200 q kəsmik
40 q şəkər tozu
30 q un
20 q xama
1/2 yumurta sarısı (o biri yarısını dərhal 1 xörək qaşığı ilıq su ilə qarışdırın ki, qurumasın, kökənin üstünə vurmaq üçün)
Vanil (istəyə görə)
 
Hazırlanması:İçi əvvəlcədən hazırlayın, bu, şəkər tozunun yaxşı əriməsi üçün lazımdır (yaxud da şəkər pudrası istifadə edin): bütün ərzaqları mikserlə yaxşıca qarışdırın. 
Xəmir: ləyənə yumşaldılmış yağ, yumurta, duz, şəkər pudrası qoyub çalın. Şəkər tam əriyəndən sonra un və qabartma tozu əlavə edin. 
Kündə tutun, 6 yerə bölün (hərəsi 70 q). Hər birini un səpilmiş masanın üstündə ellips formasında yayın. Hərəsinin içinə bir qıraqdan 45 q iç qoyun. Xəmirin qalan hissəsini üzərinə qatlayın (için az bir hissəsi görünsün). 
Perqament döşənmiş formaya düzün. Su ilə qarışdırılmış yumurta sarısını üzərlərinə çəkin. 
200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!