Qozlu-kakaolu peçenye

Qozlu-kakaolu peçenye
Şirniyyat və Tortlar
10.09.2017 53
Bu peçenye xəmiri bir az çətin əmələ gəlir , əvvəlcə ovxalanır, ancaq qorxmadan yoğurun.
Ərzaqlar
- 125 gr kərə yağı
- 0,5 st. pudra şəkəri
- apardığı qədər un
- 0,5 st'kan çəkilmiş qoz (mən xırda doğranmış istifadə etdim)
- 0,5 d/q darçın
- 2 y/q kakao
- 1 paket vanil
- 1 çimdik duz
Hazırlanması:
Kərəyağını mikserin xəmir yoğurma ucunun köməyiylə yumşalana qədər çalın. Pudra şəkəri və vanili qatıb yaxşıca qarışdırın. Digər vəsaitləri əlavə edib əlinizlə yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparın. Əvvəlcə ovçunuzda yumrulayın daha sonra dəzgah üzərinə 5 sm uzunluğunda yayın.İki ucunu içəri doğru qıvıraraq aypara şəkli verin.
Yağlı kağız sərilmiş soba nimçəsinə 2 sm ara ilə düzün. Əvvəldən isidilmiş 170 dərəcəlik sobada 20-25 dəqiqə arasında bişirin.
Bişən peçenyelərin üzərinə bolca pudra şəkəri səpin .
Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!