Türingiya piroqu

Türingiya piroqu
Şirniyyat və Tortlar
10.09.2017 24
Tərkibi: 
xəmir: 
125 ml süd
75 q kərə yağı 
50 q şəkər tozu
1/4 ç.q. duz
10 q quru və ya 25 q yaş maya 
1 yumurta 
325 q un
1 ç.q. sürtgəcdən keçirilmiş limon sedrası

kəsmikli lay: 
500 q kəsmik (18% yağlılıqlı)
125 ml süd
1 yumurta
75 q şəkər tozu
75 q un
2 x.q. limon şirəsi 
1 x.q. tünd rom

meyvə qatı: 
600 q gavalı (başqa meyvə də olar)

sous: 
500 q yağlı xama (22%-dən artıq)
2 yumurta
25 q un
50 q şəkər tozu 

Xəmir: Öncə südü tayqulpa tökün, yağ, şəkər tozu əlavə edib ocağın üstə qoyun. Yağ əriyəndə ocaqdan götürüb otaq temperaturunadək soyudun. Maya əlavə edib qarışdırın (tam ərisin).
Sedra, duz və yumurta əlavə edib çalın. Tədricən ələnmiş un əlavə edib xəmir yoğurun. 
Xəmir yumşaq olmalıdır. Un reseptdə göstəriləndən az və ya çox tələb oluna bilər. Xəmiri ləyənə qoyub ağzına qida plyonkası çəkin, isti yerə qoyun. 1-1,5 saata xəmir 2 dəfə gəlməlidir. 
Kəsmikli lay: bunun üçün lazım olan ərzaqları eynicinsli kütlə halına gələnədək qarışdırın. 
Gavalıları 4 bölüb çərdəklərini çıxarın.Sous: Xamanı şəkər tozu, yumurta və unla çalın. 
Gəlmiş xəmiri ətləyin, yayın, içinə perqament qoyduğunuz siniyə döşəyin, kənarlarını qaldırın. Üzərinə kəsmikli qarışığı tökün, hamarlayın. Meyvələri düzün.
Xamalı-yumurtalı sousu üzərinə tökün.180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə, hazır olanadək bişirin. Üzərindəki sous bərkiməli, axmamalıdır.Piroqu isti və ya tam soyudulmuş halda süfrəyə verə bilərsiniz. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!