Kəsmikli Zebra

Kəsmikli Zebra
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi (10 pay üçün):
500 q kəsmik 
5 xörək qaşığı şəkər tozu
2 yumurta 
4 xörək qaşığı mannı 
2 q duz 
1 xörək qaşığı kakao 
2 q vanil 
150 ml süd
 
HazırlanmasıKəsmiyə şəkər tozu, vanil, duz və yumurta əlavə edib qarışdırın. 
Süd və mannı əlavə edib yenə qarışdırın. Xəmiri gözəyarı iki hissəyə bölün. Birinə kakao əlavə edib qarışdırın. Formanı yağlayın. Hər xəmirdən qaşıq-qaşıq götürərək növbələməklə formanın tam ortasından tökün. 170-175 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Mikrodalğalı sobadan istifadə edirsinizsə, içində xəmir olan formanı sobaya qoyun, sonra isə maksimal gücdə (750) qoyub vaxtı 10 dəqiqəyə ayarlayın (sonra mikrodalğalı sobada daha iki dəqiqə saxlayıb sonra çıxarın). Formadan çıxarın, soyudub doğrayın. Tərs çevirib üzərinə şokolad da səpə bilərsiniz. 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!