Böyürtkənli puflar

Böyürtkənli puflar
Şirniyyat və Tortlar
10.09.2017 26
Vəsaitlər:
8 ədəd milföy xəmiri
1 su stəkanı böyürtkən
1 paket vanil
2 yemək qaşığı şəkər tozu
Üzəri üçün:
Pudra şəkəri
Hazırlanması:
Milföy xəmirlərini dərin dondurucudan çıxardaraq 15-20 dəqiqə otaq istiliyində gözlədin. Onları yüngülcə nazildin.
Böyürtkənləri bir kasaya qoyub vanil və toz şəkər əlavə edərək xarmanlayın.
Xəmirlərin içlərinə üç dənə böyürtkən yerləşdirib bağlayın. Kənarlarını çəngəllə basdırın və yağlı kağız sərilmiş soba listinə düzün.
Üzərlərinə bıçaqla kəsiklər edin. 200 dərəcədə sobada qızarana qədər bişirin. Üzərinə pudra şəkəri səpib ilıq xidmət edin.Böyürtkənli puflar artıq hazırdır.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!