Düyməcik

Düyməcik
Şirniyyat və Tortlar
10.09.2017 31
 
Tərkibi: 

250 q kərə yağı və ya marqarin
170 q şəkər pudrası
1 çimdik duz
1 yumurta
2 st. un
0,5 ç.q. qabartma tozu
qida boyası


Hazırlanması :

Yumşaldılmış yağı şəkər pudrası ilə çalın. 
Un, duz və qabartma tozu əlavə edin.
Yumurta qırın.
Yumşaq xəmir yoğurun.
Xəmiri üç yerə bölün, hər birini ürəyiniz istəyən rəngə boyayın.
Hər xəmiri 0,5 sm qalınlıqda yayın. Dairələr kəsin, ortasında bir az xırda həlqə çəkin, iki, yaxud dörd deşik açın. Perqament döşənmiş siniyə düzün.
160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!  :03: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!