Badamlı şirniyyat

Badamlı şirniyyat
Şirniyyat və Tortlar
10.09.2017 17
Hazırlanma sürəsi: 10 dəqiqə,
Bişmə sürəsi: 12 dəqiqə,
Servis sürəsi: 24 saat
Lazım olan ərzaqlar:
100 q / 3 yumurta,
50 q/2,5 yemək qaşığı toz şəkər,
110 q/ 6 yemək qaşığı badam tozu,
200 q/ 12 yemək qaşığı şəkər pudrası,
Rəngləndirmək üçün qida boyası və kakao
Hazırlanma qaydası: 
Hazırlanma sürəsi olduqca qısa olduğu üçün və daha çox gözləmədən çalışmaq lazım olduğu üçün bütün ərzaqları çalışma dəzgahınıın üstündə hazırlamanız faydalı olacaqdır. Yumurta ağlarını mikserdə köpüklənənə qədər çalmaq lazımdır. Köpüklənəndən sonra şəkəri yavaş- yavaş əlavə edin. Beze qatılığında bir krem əldə edildiyində mikser ilə çalmağı buraxa bilərsiniz.
Digər tərəfdə isə şəkəri və badam ununu bir üyüdücüdə bir- birinə qarışana qədər üyüdün.
Əldə etdiyiniz bu qarışığı yumurta ağına qataraq qarışması üçün möhkəm qarışdırın. Bu əməliyyatı yerinə yetirərkən çox sürətli olmaq olmaz. Arzu edilərsə bu arada qida boyası da əlavə edilə bilər.
Yağlı kağız ilə örtülmüş nimçəyə yuvarlaq şəkildə 2 sm-lik aralıqlarla makaronları yerləşdirə bilərsiniz. Ən azından makaronların üzəri qabıq bağlaması üçün minimum 30 dəqiqə, maksimum 2 saat gözləməlisiniz.
Əvvəlcədən 150 dırıəcəyə qədər qızdırılmış fırında 10-12 dıəqiqə bişirmək lazımdır. Bişəndən sonra soyuması üçün tel izqara üzərinə yığmaq lazımdır.Tamamən soyuduqdan sonra makaronları yağlı kağızdan asan ayırmaq olar. Kağızdan qopması çətinlik törədirsə altına azacıq isti su tökmək lazımdır, lakin elə etmək lazımdır ki makaronlara su dəyməsin.

Hazırladığınız krem ilə makaronları bir- birinə yapışdırdıqdan sonra soyuducuda 24 saat saxlyın.Servis edərkən həm kremlər sərtləşmiş olacaq, həm də makaronlar ləzzətli olacaqdır.
 
Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!