Ricotta

Ricotta
Şirniyyat və Tortlar
10.09.2017 30
Ərzaqlar
1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında) - (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı - otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta - otaq hərarətində
425 g ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı
 
Hazırlanması
Sobanı 190C-dək qızdırın. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.

İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək,
təxminən 3 dəqiqə ərzində çalın.
Bir-bir yumurtaları əlavə edərək,
çalmağa davam edin.
Ricotta pendiri və ya kəsmiyi, limon suyunu və limon
qabığını əlavə edib, mikserlə qarışanadək çalın.
Unlu qarışığı bu qaba
əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın.
Alınan kütlə
"palcıq” kimi olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.
2 ədəd soba listinin dibinə kalka kağızı sərin.
Xəmirdən hər dəfə 2
xörək qaşığı qədər götürüb listə bir birindən 5 cm aralı dairələr
şəklində qoyun.
Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq
dolu xəmiri bir-birinin üstünə qoyun.
Qurabiyələri sobanın orta rəfində 15 dəqiqə ərzində, və yaxud
kənarları bir az qızarana qədər bişirin.
Hazır qurabiyələrin üstü ağ
qalmalıdır.
Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 20
dəqiqə ərzində soyusun.
Soyuduqdan sonra listdən çıxardıb, səthlərinə
şəkər kirşanı (pudra) səpin.
 
Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!