Pendir piroqu

Pendir piroqu
Şirniyyat və Tortlar
10.09.2017 23
Xəmir üçün: 
2 st un
250 ml qatıq
50 q kərə yağı
5-7 q quru maya
Duz
İç üçün: 
250 q pendir (200 q bərk pendir, 50 q feta)
Göyərti
150 q xama
Duz (istəyə görə)
Kərə yağı (piroqu yağlamaq üçün)
Hazırlanması:
Unu maya və duzla qarışdırın. Qatıq, yumşaldılmış yağ əlavə edərək yumşaq xəmir yoğurun. İsti yerə qoyub gəlməsini gözləyin. 
Pendiri sürtgəcdən keçirin. Göyərtini doğrayıb pendirlə qarışdırın. Xama, duz (gərəkdirsə) əlavə edin. 
Xəmiri 2 sm qalınlıqda yayın. İçi üzərinə yaxın, amma kənarlarından 2-3 sm saxlayın. Xəmirin həmin kənarlarını əllərinizi suda isladaraq ortaya doğru çəkin və bir-birinə yapışdırın. Əlinizlə yastılayıb forma verin. Sonra onu tərs üzünə çevirin ki, nahamar tərəfi alta düşsün. Əlinizlə ehtiyatla azca yastılayın ki, qalınlığı yenə də 2 sm-dən artıq olmasın. Ortasında deşik açıb oraya kartondan, yaxud folqadan düzəltdiyiniz borucuq yerləşdirin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Azca soyudun. Üzərinə kərə yağı çəkin.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!