"Kaliforniya" tortu

Şirniyyat və Tortlar
10.09.2017 43
Tərkibi:
Xəmir:

10 yumurtanın ağı
1 st. şəkər tozu
2 x.q. kakao
4 dolu x.q. un
Krem:
10 yumurtanın sarısı
1 st. şəkər tozu
2 x.q. un
150 ml süd
150 q kərə yağı
1 qutu (227 q) kremçiz (əvəzinə maskarpone və ya Filadelfiya götürmək olar)
Qlazur:
2 x.q. kakao
4 x.q. şəkər tozu
3 x.q. süd
50 q kərə yağı
Xəmir:
Yumurtaların ağını sarısından ayırın.
Yumurta ağlarını möhkəm çalın.
Kakaonu unla qarışdırın. Sonra bu qarışığı çalınmış yumurtaya ehtiyatla əlavə edin.
Siniyə folqa döşəyin, üzərini yağlayın, xəmiri içinə töküb hamarlayın.
175 dərəcə qızdırılmış sobada 13-14 dəqiqə bişirin.
Hazır biskviti 3 korja bölün.
Krem:
Yumurta sarılarını şəkər tozu ilə çalın, süd və un əlavə edib qarışdırın.
Əvvəl orta itilikdə, sonra isə vam odda daim qarışdıraraq krem bişirin, qatılaşanda ocaqdan götürüb tam soyudun.
Kərə yağı və kremçiz əlavə edin. Mikserlə çalın.
Korjların arasına krem çəkərək üst-üstə düzün. Üst korjun üzərinə krem çəkməyin.
 
Qlazur:Kakaonu şəkər tozu və südlə qarışdırın, yağ əlavə edib ocağın üstünə qoyun, qaynara düşəndən sonra vam odda 3-5 dəqiqə bişirin.
Tortun üzərinə çəkin. Tortu zövqünüzə görə bəzəyin.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!