Kəsmikli zərf

Kəsmikli zərf
Şirniyyat və Tortlar
10.09.2017 22
Tərkibi:
400 q kəsmik (5-9%)
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu 
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
300-350 q un

Hazırlanması:

Yağı 150 q şəkər tozu ilə yaxşıca qarışdırın. Kəsmik əlavə edib qarışdırın. Qabartma tozu, un əlavə edib xəmir yoğurun. Xəmiri 3-5 mm qalınlıqda yayın. 8x8 sm ölçüdə kvadratlar kəsin. Hər kvadratın üzərinə şəkər tozu səpin. Sonra xəmiri zərf kimi bükün (bunun üçün onun diaqonal üzrə qarşı tərəflərini birləşdrin.) Siniyə perqament döşəyin, yaxud da yağlayın. Zərfləri içinə düzüb 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 

Nuş olsun!

 
 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!