Sürpriz ürək tortu

Sürpriz ürək tortu
Şirniyyat və Tortlar
10.09.2017 245
1 biskvit üçün:
100 q şəkər tozu
100 q un
2 ədəd yumurta
1 çimdik vanil
Krem üçün:
Kərə yağı
Qatılaşdırlımış süd
Vanil

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq.
Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.
Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.
Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.
200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. 4 belə biskvit hazırlayırıq.
Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.
2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.
Diş çöpünün hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik.
Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.
Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq.
Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.
Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə - ortaya qoyuruq. Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!