Quru meyvəli kəsmikli roll

Quru meyvəli kəsmikli roll
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi: 
200 q kəsmik
1 x.q. şəkər pudrası
1 x.q. kokos yonqarı
3 ərik qurusu
3 gavalı

Kəsmiyi şəkər pudrası ilə qarışdırın. 

Qara gavalı və ərik qurusunu saman kimi doğrayın. 

Qida plyonkasının üstünə kokos yonqarını səpin. Kəsmiyi döşəyin, hamarlayın. 

Kəsmiyin üstünə qara gavalı və əriyi döşəyin. Sonra isə qida plyonkasının köməyi ilə sıx bükməklə roll hazırlayın. 

15 dəqiqə soyuducuda saxlayın. 

Doğrayın. Doğrayarkən bıçaq kəsmiyə yapışarsa, o zaman bıçağı isladın. 

Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin, şokoladla, yaxud konfitürlə bəzəyin. 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!