Çak-çak

Çak-çak
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

4 yumurta

350-400 q un

1/3 ç.q. duz

0,5 ç.q. soda

1 st. bal

1 st. şəkər tozu

badam və ya qoz (bəzək üçün)

1 l bitki yağı (qovurmaq üçün)
 
Hazırlanması
 
 Ərzaq 24-26 sm ölçülü qab üçün nəzərdə tutulub.

Masanın üstünə unu ələyin, ortasında çuxur açın. Yumurtanı duz və
sodayla çalın.
Una az-az əlavə edərək xəmir yoğurun. Xəmir ələ
yapışmamalı, bərk olmalıdır (yəni un bir qədər artıq tələb oluna bilər).
Xəmiri paketə qoyub 15-20 dəqiqə saxlayın.  İki yerə bölün. Hər birini un səpilmiş masada nazik yayın. 

Bunları 10-15 dəqiqə, yelçəkən olmayan yerdə saxlayın ki, bir az qurusunlar. Amma çox qurutmayın, kəsəndə dağılar. 

Yaydığınız lavaşları 5 sm enində şəridlərə bölün. Şəridləri aralarına un səpməklə yarıya bölün, sonra üst-üstə qoyun.

Nazik əriştələr kəsin, aralayaraq masaya səpələyin.
Qazanda bitki yağını qızdırın. Xırda-xırda hissələrlə (təxminən bir
ovuc) orta itilikli odda əriştələri qovurun.
Təxminən 1-2 dəqiqə,
bir-iki dəfə qarışdıraraq qovurun.
Bir az qızılı rəngə çalan kimi
kəfkirlə çıxarın, kağız salfetin üzərinə düzün.
Əriştəni çox qovurmayın,
o, açıq-qızılı rəngdə olmalıdır.

Şərbətin hazırlanması

Quru, dibi qalın qazana 1 st. bal və 1 st. şəkər tökün.
Qızdırın, daim
qarışdıraraq qaynamasını gözləyin.
Qaynara düşəndən sonra 3 dəqiqə
bişirin, ocaqdan götürün. Kəfkirə badam (qoz) yığıb qaynar bala salın və çıxarıb başqa qaba yığın (bəzək üçün gərək olacaq). 

Əriştələri bir qaba yığın, üzərinə isti şərbəti tökün, ehtiyatla taxta
qaşıqla, sonra isə əllərinizi soyuq suda isladaraq qarışdırın. 

Çalışın, əriştələri sındırmayasınız, həmçinin əlinizi də gözləyin, yanmasın. 

Çak-çakı qoyacağınız boşqaba soyuq su səpin.
Şərbət soyumamış çak-çakı
təpələmə içinə qoyun.
Bu zaman tələsin, çünki tez bərkiyir, həmçinin
əlinizlə də çox sıxmayın, sına bilər. 
Dərhal da üzərini badamla (qozla) bəzəyin.
Həmçinin kişmiş, bəzəkli konfetlər və s. ilə də bəzəyə bilərsiniz. 
Hazır çak-çakı bir gün dolabda saxlayın. Onda dadı daha qəşəng olur.
Çak-çak 1-2 həftə dolabda xarab olmadan qala bilər, amma bu zaman
üzərinə qida plyonkası çəkməyi unutmayın (quruduqdan sonra).

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!