Ağıllı pirojna

Ağıllı pirojna
Şirniyyat və Tortlar
10.09.2017 11
 
Bu pirojnanı hazırlayanda ərzaqlar qarışır və duru xəmir alınır. Amma sobada onlar "ağıllıca", öz-özünə aralanır: ortasında krem olan tort əmələ gəlir. Bu, ərzaqların yağlılıq dərəcəsi fərqli olduğuna görə belə alınır.

Tərkibi: 



4 yumurta

125 q yağ

500 ml isti süd 

115 q un 

150 q şəkər tozu

0,5-1 ç.q. vanil

1 x.q. su

(20x20 sm-lik forma) 

Hazırlanması :

Yumurta ağlarını sarılardan ayırın. 

Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın. 

Yumurta sarılarını şəkər tozu, vanil və su ilə çalın. 

Yağı əridin, azca soyudun. 

Soyumuş yağı çalınmış yumurta sarısına əlavə edib yenə çalın. 

Unu hər dəfə yaxşıca çalmaqla üç dəfəyə əlavə edin. 

Südün yarısını tökün, yaxşıca çalın, sonra südün qalan yarısını da töküb möhkəm çalın. 

Yumurta ağlarını ehtiyatla əlavə edin, qaşıqla altını üstünə çevirməklə ehtiyatla qarışdırın. 

Formanı yağlayıb içinə un səpin (formanın kənarları açılan olmasın). 

Xəmiri tökün (o, hətta blinçik xəmirindən də duru olur). 

175 dərəcə qızdırılmış sobada 40-80 dəqiqə bişirin (bu, sobadan asılıdır). Üstü yaxşıca qızarmalıdır, içi isə yumşaq olmalıdır. 

Tam soyudun. Üzərinə şəkər pudrası səpin. Doğrayın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!