Badamlı konfetler

Badamlı konfetler
Şirniyyat və Tortlar
10.09.2017 13
 Tərkibi:

 200 q ağ şokolad

 60 q gilənar sukatı (yaxud ürəyinizcə olan başqa meyvə qurusu)

 120 q badam

 

 Hazırlanması


 Badamı kasaya yığıb üzərinə qaynar su tökün, 10 dəqiqə saxlayın.
 

 Sonra qabığını təmizləyin. Siniyə yığıb 150 dərəcə qızdırılmış sobaya qoyun.


 
 20-30 dəqiqə orada saxlayın ki, quruyub azca qovrulsun. Tez-tez baxıb qarışdırın ki, yanmasın.
 Sobadan çıxarıb xırdalayın

 Gilənar sukatını xırda doğrayın.
 

  Şokoladı su hamamı, yaxud mikrodalğalı sobada əridin.

  Bütün ərzaqları qarışdırın.   Qarışıqdan 1 ç.q. götürüb kağız tartaletlərin içinə, yaxud da adi perqament kağızının üstünə qoyun.

  1 saat soyuducuda saxlayın.
 
 
Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!