Qəndi külçə

Qəndi külçə
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi:

xəmir:



400 q un

250 q kərə yağı

250 q şəkər tozu

2 yumurta

200 q xama

vanil

10 q maya və ya 1 paket qabartma tozu



iç: 



250 q qənd tozu (şəkər pudrası)

250 q ərinmiş yağ

350-400 q un

10 q maya



Əvvəlcə iç hazırlayın: əridilmiş yağın üzərinə qənd tozu töküb qarışdırın. Biq qədər maya və unu əlavə edib qarışdırın. 



Xəmir üçün göstərilən ərzaqları qarışdırıb yoğurun. Maya istifadə etmisinizsə, isti yerə qoyub gəlməsini gözləyin. Qabartma tozundan istifadə etmisinizsə, 5-10 dəqiqə xəmiri dinləndirib 70 q-lıq kündələr tutun. Kündələrin içinə iç qoyub bitişdirin, əlinizlə yuvarlaq, azca yastı forma verin. Kündələrin üzərini bıçaqla xaçvari çərtin, yumurta sarısı çəkib 170-180 dərəcə qızdırılmış sobada üstü qızarınca, təxminən 25-30 dəqiqə bişirin. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!