Gecə-gündüz tortu

Gecə-gündüz tortu
Şirniyyat və Tortlar
10.09.2017 75
Keksi üçün:

12 yumurta

2,5 st şəkər

2,5 st un

2 paçka vanil

2 paçka qabardıcı

10 x.q. su

2 x.q kakao

Qoz



Kremi üçün:


300 qr kərə yağı

1 banka qatılaşdırılmış süd
 
 Hazırlanması:

1 testanın hazırlanması üçün ərzaqlar tam yarı bölünür.

Yumurtalar sarısından ayrılır,su,vanil və şəkər əlavə olunur.
Ağarana kimi mikserlə çalınır. Un və qabardıcı əlavə olunur qarışdırlır.

Yumurtanın ağları köpüklənənə kimi başqa qabda çalınır və digər qarışığa əlavə olunub qarışdırılır.

Soba listi yağlanır,unlanır və xəmir əlavə olunur.180 C-də üstü qızarana kimi bişirilir.

2-ci testa da eyni üsulla hazırlanır. Əlavə olaraq kakao vurulur.

Bişəndən sonra biskvitlərin kənarı kəsilir və sapla ortadan ikiyə bölünür.

Kremi hazırlamaq üçün kərə yağı qatılaşdırılmış südlə hazır olana kimi çalınır.

Və sırayla qara biskvit kremlənir,üzərinə qoz səpilir,onun üzərinə ağ biskvit qoyulur kremlənir. Eyni qayda ilə hamısı üst-üstə düzülür.

Tortun kənarlarından kəsdiyimiz hissələri qırıntı halına salırıq.Tortun üstü kremlənir,4 hissə çəkilir və ağ qara şəkildə zövqə görə bəzədilir
 
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!