İslak keks

İslak keks
Şirniyyat və Tortlar
10.09.2017 26
Tərkibi :

Dörd ədəd yumurta (təzə olmasına diqqət edin)

İki stəkan şəkər tozu

İki xörək qaşığı kakao

Bir stəkan süd (açıq və ya bağlı süd fərq etmir )

Bir stəkan duru yağ    

İki stəkan un

Vanil və qabartma tozu            



Hazırlanmasiı:                                                                                           

Əvvəlcə yumurtanı  şəkər tozu ilə birlikdə yaxşıca çırpırıq.
Kakao, yağ və südümüzü əlavə edirik .
Əlavələrimiz tamamlandıqdan sonra yaranan qarışıqdan bir su stəkanı qədərini ayırırıq.
Ayırma əməliyyatından sonra geri qalan qarışığa vanil , qabartma tozu və un əlavə edirik.
İndi sıra soba qabımızı hazırlamağa  gəldi. Soba qabımızı yaxşıca yağlıyırıq.
Sobanızın dərəcəsini 170 dərəcəyə gətiririk və bişirməyə başlayırıq.
Bişmə müddəti vermirəm. Islak keksinizi bişdiyini diş çöpü batıraraq anlayacaqsınız.
Batırdığınız diş çöpü təmiz çıxırsa keksinizi sobadan çıxma zamanı gəlmiş deməkdir.
Təbii ki, bu əməliyyat əsnasında sürətli olmalısınız əks təqdirdə bişmə müddətiniz uzanacaqdır.
Bişmə tamamlandıqdan sonra daha əvvəl ayırdığımız bir stəkanlıq qarışığı keksin üzərinə yayaraq tökürük. Bu qədər İndi keksinizin soyumasını gözləyəcəksiniz və soyuduqdan sonra kokos və ya qozla bəzəyərək süfrəyə verə biləcəksiniz.

Nuş olsun! 


/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!