Üçqulaq paxlava

Üçqulaq paxlava
Şirniyyat və Tortlar
10.09.2017 19
Xəmir üçün:

Un

Duz

Su
 

İç üçün: Qoz

Şəkər tozu



Qızartmaq üçün:


Ərinmiş kərə yağı
 
Hazırlanması:


 Qozu maşından keçirin, şəkər tozu qatın.

Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın.
Alınmırsa,
hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox). Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.

Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın. 

İç qoyub xəmirin qırağını sıxın. 

Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər
tərəfində ən azı üç qat xəmir olsun.
Bundan sonra şəriddən artıq
qalırsa, bıçaqla kəsin. Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın. 

Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə
qoyub soyuducuda bir neçə gün saxlaya bilərsiniz.
Qonaq gəldi - tezcə
hazırlayıb isti-isti süfrəyə vermək olar. Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!