Portağallı peçenye

Portağallı peçenye
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi (6 pay): 

150 q un 

150 q badam

40 q qarğıdalı nişastası

1 portağal 

180 q kərə yağı

200 q şəkər tozu

1 ç.q darçın 

1 çimdik duz



Hazırlanması:

Yumşaldılmış kərə yağını 120 q şəkər tozu və 1 çimdik narın duzla çalın. 

Portağalı tərtəmiz yuyun, sedrasını çıxarın. Şirəsini sıxın. Sedra ilə 1 x.q portağal şirəsini çalınmış yağa əlavə edin, qarışdırın. 

Başqa bir qabda unu, xırdalanmış badamı və nişastanı qarışdırın. Yağlı və unlu qarışıqları birləşdirin. Yerdə qalan şəkər tozunu 1 ç.q. darçınla qarışdırın. 

Xəmirdən rulet hazırlayın. Şəkər tozu və darçın qarışığına batırın. Sonra xəmiri soyuqda saxlayın. Sonra yenə yayın. Yenə bükün. Soyuducuda 1-2 saat saxlayın. 

Xəmiri 8 mm qalınlıqda dairələrə doğrayın. 

Perqament döşənmiş siniyə aralı-aralı düzün (yoxsa şəkildəki kimi bir-birinə yapışacaq). 

Bişəndən sonra sinidən götürün (çox qalanda çox kövrək olur), soyudun. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!