Şokolad souslu darçınlı keksin hazırlanması

Şokolad souslu darçınlı keksin hazırlanması
Şirniyyat və Tortlar
10.09.2017 48
Tərkibi:

3 ədəd yumurta

1 su stəkanından 2 barmaq az toz şəkər

2-3 su stəkanı un

1,5 su stəkanı çəkilmiş qoz

1 su stəkanı süd

1 su stəkanı maye yağ

1 yemək qaşığı kakao

1 paket qabartma tozu

1 çay qaşığı darçın



Şokolad sousu üçün:

1 su stəkanı süd

3 yemək qaşığı toz şəkər

1 yemək qaşığı kakao

1 çay qaşığı nişasta

200 qr. sütlü şokolad (istəyə bağlı)

   

Hazırlanması:


Əvvəlcə yumurtaları qarışdırma qabımıza alırıq və mikser köməyi ilə yaxşıca çalırıq .
Mikser olmayanlar çəngəl və bilək gücü köməyi ilə yaxşıca çala bilərlər .
Ardından içinə şəkəri əlavə edib şəkər əriyənə qədər çalmaya davam edirik.
Unutmayaq ki keksi nə qədər çalarsaq o qədər gözəl nəticə əldə edərik.
Ardından un və qabartma tozunu bütün vəsaitləri tək-tək və çala -çala əlavə edirik .
Son olaraq un və qabartma tozunu da əlavə edərək yaxşıca yumşalana qədər çalmağa davam edirik.
Yağladığımız keks qabımıza hazırladığımız məhsulu  tökərək 170 dərəcədə isidilmiş sobaya qoyuruq və təxminən 20-25 dəqiqədə bişiririk .
Bu sırada şokolad sousunu hazırlamaq üçün sous qabımızı alırıq. Bütün sous vəsaitlərini əlavə edib yaxşıca çalırıq .
Az atəşdə qarışdıraraq pudinq kimi daha maye olacaq şəkildə bişiririk .
Bişən keksi isdəsəniz süd ilə isladıb  üzərinə sousu yayıb son olaraq Hindistan qozu ilə bəzəyirik  .

Nuş Olsun ..!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!