Meşə giləmeyvələri ilə keks

Meşə giləmeyvələri ilə keks
Şirniyyat və Tortlar
10.09.2017 21
Ərzaqlar
3 ədəd yumurta
250 qr. kərəyağı
0,5 stəkanı süd
1,5 stəkanı toz şəkər
1 paket vanil
1 paket qabartma tozu
1 çimdik duz
1 stəkanı meşə giləmeyvəsi
3 stəkanı un

Hazırlanması:

Yumurta və toz şəkəri ağarana qədər yaxşıca çalın.

Yumşalmış
kərəyağı və südü əlavə edib qarışdırın.

Un, qabartma tozu və vanili bir
qaba ələyin.

Qarışıma əlavə edib bir-birinə qarışana qədər mikserlə
çalın.

Giləmeyvələri yüngülcə unlayaraq keks xəmirinə qatın və taxta
qaşıqla qarışdırın.

Keks xəmirini yağlanılmış və unlanmış qəlibə tökün.

Əvvəldən isidilmiş 175 dərəcəlik sobada təxminən 45 dəqiqə bişirin.
Ilındıqtan sonra üzərinə pudra şəkəri səpin. 

Süfrənizin bərəkəti, ağızınızın dadı bol olsun.

 

Nuş olsun!

 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!