Burfi

Burfi
Şirniyyat və Tortlar
10.09.2017 9
 
Tərkibi: 

200 q kərə yağı

200 q şəkər tozu

1 paket vanilli şəkər 

225 ml 35%-li qaymaq 

450 q 25%-li quru süd 

qovrulmuş keşyu (bəzək üçün)



Kərə yağı, şəkər tozu, vanilli şəkəri bir qazanda qarışdırın, ocağın üstünə qoyun (teflon örtüklü qazandan istifadə etməyin, heç nə alınmaya bilər).



Şəkər tozu əriyənədək qarışdırın. Eynicinsli kütlə alınmalıdır. 



Qaymaq əlavə edib qarışdırın, qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. 

Ləyənə töküb bir az soyudun. 



Kənarı hündür dördbucaqlı formanın içinə qida plyonkası çəkin, yağlayın. 



Azca soyumuş kütləyə quru süd əlavə edib mikserlə qatılaşıb çalmaq çətinləşənədək çalın. 



Kütləni hazırladığınız formaya döşəyin. 



Əlinizi isladıb bürfinin üzərini hamarlayın.



Bıçaqla üzərində perpendikulyar şəridlər çəkin (bərkiyəndən sonra isə kvadradlara bölün, hər birinin ortasına qovrulmuş keşyu basın). 



Soyuducuda 6 saat saxlayın. 



Donmuş burfini bıçaqla nişanladığınız yerlərdən kvadratlara bölün. 



Bu şirniyyatı soyuducuda saxlamaq lazımdır. Ancaq düzgün hazırlanıbsa, otaq temperaturunda əriməyəcək. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!