Fındıqlı dondurma

Fındıqlı dondurma
Şirniyyat və Tortlar
10.09.2017 12
Ərzaqlar (4-6 nəfərlik):

0,5 stəkan (75gr) fındıq

6 yemək qaşığı (75gr) toz şəkər

2 stəkan süd

1 çay qaşığı vanil

4 yumurta sarısı



Hazırlanması:

1. Fındıqları sobada qovurun.
2. Sonra sobadan çıxardıb soyumağa buraxın.
3. Təmiz bir mətbəx dəsmalının arasına qoyub, dəsmalı sürtərək fındıqların
qabıqlarını çıxardın.
4. 2 yemək qaşığı şəkərlə birlikdə çox incə olaraq ət
maşınında çəkin.
 
Dondurma qarışığını hazırlamaq üçün:
1. Südü və vanili kiçik bir qazanda
isdilədin.
2. Südün üzərində qabarcıqlar meydana gəlincə, oddan alın.
3. Bir
tel çırpıcı və ya da mikserlə yumurta sarılarını çalın.
4. Qalan şəkəridə
az-az əlavə edərək, qarışıq mat sarı rənginə dönənə qədər( təxminən
10-15 deq) çalmağa davam edin.
5. Qarışdırmağa davam edərək, südü süzgəcdən
keçirdikdən sonra çox yavaş bir şəkildə əlavə edin.
6. Qarışığı, içində su olan qazanın üzərinə oturdulmuş bir kasanın içinə
qoyun.
7. Döyülmüş fındıqları əlavə edib vam odda qarışdırın.
8. Kasanın
altındakı su qaynadığında, krem də konsistensiyasını tapıb
qarışdırdığınız qaşığın arxasına yapışdığında (təxminən 20-25 dk) oddan
götürüb soyumağa qoyun.
9. Dondurma qablarına töküb buzluqda gözlədin.
10. Buzluğa qoyduqdan sonra təxminən 3 dəfə saat başı çəngəllə və ya mikserlə hamar olana qədər
çırpın və səhəri gün nuş canla yeyin.
 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!