Fransızsayağı Sitrus Keksi

Fransızsayağı Sitrus Keksi
Şirniyyat və Tortlar
10.09.2017 29
Ərzaqlar:

4 yumurta – otaq hərarətində olmalıdırlar

1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)

2 stəkan (300 qram) un

Bir çimdik duz

Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)

1 çay qaşığı qabartma tozu

225 qram kərə yağı – əridib soyudun



Hazırlanma Qaydası:

Sobanı 175Cdək qızdırın. Ölçüləri 23 X 18 sm olan kərpic formasını bir az yağlayın.

Yumurtaların agını sarısından ayırın. Bir qabda ağları şəkər tozunun yarısı ilə mikserlə bir qədər sərtləşənə qədər (qaşıqla qaldırdığınızda tökülməməlidir) çalın, təxminən 5-8 dəqiqə.

Ayrı qabda yumurta sarısını qalan şəkər tozu ilə qatılaşıb rəngi açılanadək mikserlə çalın.

Digər qabda isə un, duz, limon və portağal qabıqları və qabartma tozunu qarışdırın.

Unlu qarışığı yumurta sarısı olan qaba əlavə edin. Üstünə ərinmiş və soyudulmuş yağı əlavə edib, yağ digər ərzaqlara yedirdilənədək qarışdırın. Sonra buraya çalınmış yumurta ağını da əlavə edib qaşıqla hamar olanadək qarışdırın.

Alınan kütləni formaya tökün. Sobanın orta gözündə 40-50 dəqiqə bişirin. Keksin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru çıxırsa, keks hazırdır.

Keks tamamilə soyuduqdan sonra kəsib süfrəyə verin. - See more at: http://joy.az/cook/109791-fransizsayagi-sitrus-keksi.html#sthash.3N4Tk7Uv.dpufскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!