Pancake resepti

Pancake resepti
Şirniyyat və Tortlar
10.09.2017 45
Vəsaitlər:

100 qr tam buğda unu

3 yemək qaşığı toz şəkər

1 şirin qaşığı qabartma tozu

1 paket vanil

1 yumurta

70 ml süd

20 qr kərə yağı (ərinmiş )

1 yemək qaşığı rəndələnmiş portağal qabığı



Təqdimat üçün:

Giləmeyvə

Bal

Nanə yarpaqları



Hazırlanması:


Un, qabartma tozu, portağal qabığı, vanil və şəkəri bir kasada qarışdırın. Yumurta, süd və ərinmiş yağı bir kasada çırpın. Un qarışığını əlavə edib yaxşıca qarışdırın. Yapışmaz səthli tavanı qızdırın. Fırça ilə çox yüngül günəbaxan yağı sürün. Xəmirdən 1 şirin qaşığı dolusu alıb tavaya tökün və önlü arxalı yüngül qızarana qədər bişirin. Xəmir bitənə qədər eyni əməliyyatı təkrarlayın. Kokteyl kürdanına üç mini pankek keçirin. Blueberry əlavə edib üzərinə bal gəzdirin. 
 
Nuş olsun!
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!