Şokoladlı ürək peçenye

Şokoladlı ürək peçenye
Şirniyyat və Tortlar
10.09.2017 6
Ərzaqlar

10-15 ədəd

3-4 stəkan un

1 stəkan pudra şəkəri

250 qr. kərəyağı (otaq temperaturunda)

1 yumurta və birinin sarısı

Vanil



Üzəri üçün:

160 qr bitter şokolad

20 qr kərəyağı



Hazırlanması:

1. Un, pudra şəkəri və vanili qarışdırma qabına ələyin.

2. Yumurtaları və yağı əlavə edin.

3. Xəmir yoğurub strech filmə büküb soyuducunda 1 saat saxlayın.

4. Sonra xəmiri unlanmış dəzgahda 1 sm qalınlığında yayın. Ürək
şəklindəki peçenye qəlibləriylə kəsib yağlı kağız sərilmiş soba qabına
düzün.

5. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 20 dəqiqə bişirin.

6. Şokoladı və kərəyağını benmari üsulu ilə əridin .

7. Soyuyan peçenyelərin yarısını şokolada bulayın və yağlı kağız sərilmiş bir nimçəyə düzün.

8. Peçenyenin şokoladı donmuş halda süfrəyə verə bilərsiniz



Nuş olsun!



/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!