Günəş rəngli konfetlər

Günəş rəngli konfetlər
Şirniyyat və Tortlar
10.09.2017 27
Tərkibi:
300 q ərik qurusu
100 q badam
2 x.q. limon şirəsi (və ya 2 x.q. konyak)
 
Hazırlanması1. Badamın üstünə qaynar su tökün, 15 dəqiqə sonra süzün. Qabığını təmizləyib salfetin üstündə qurudun.
2. 12-15 ədəd badamı saxlayıb qalanını blenderdə un halına gələnədək xırdalayın.
3. Ərik qurusunu ayrıca blenderdən keçirin, tədricən limon şirəsi və ya konyak əlavə edin.
4. Xırdalanmış ərik qurusu ilə badam ununu qarışdırın. Əllərinizi isladıb kürəciklər düzəldin, hər birinin ortasına bir diri badam qoyun. Azca yastılayın. Bu konfetləri ya kokos yonqarına, ya da badam ovuntuğuna batıra bilərsiniz.
5. Soyuducuda bir saat saxlayın.
 
Nuş olsun!
 
/Mənbə.Missiz.az/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!