Brauni

Brauni
Şirniyyat və Tortlar
10.09.2017 17
 

Tərkibi:
Yarım stəkan un (75 qram)

Dörtdə bir çay qaşığı qabartma tozu

Yarım stəkan kakao tozu

Bir çimdik duz

120 qram  kərə yağı

1 stəkan şəkər tozu (200 qram)

2 yumurta

1 çay qaşığl vanil ekstraktı (duru vanil; zəruri deyil amma brauniyə ləzzət qatır)



Hazırlanması:
Iri qabda un, qabartma tozu, kakao və duzu qarışdırın. Kənara qoyun.
Yağı əridib bir qədər soyudun (bir az isti qalmalıdır, amma qaynar olmamalıdır). Şəkər tozunu yağa əlavə edib qaşıqla yaxşıca qarışdırın. Yumurtaları bir-bir bunun üstünə qırıb qarışdırın (mikserlə çalmayın!). Vanil ekstraktınız varsa, əlavə edib yenə qarışdırın.
Unlu qarışığı yağa əlavə edib qarışdırın.
Xəmir belə qatılıqda alınmalıdır.
Sobanı 175C dərəcəyədək isidin. Xəmiri ölçüləri 23 sm olan yağlanmış kvadrat formaya boşaldın.
Sobanın orta gözündə  25 dəqiqə bişirin. Bilmiş brauninin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru qalırsa, brauniniz hazırdır.
Sobadan çıxardıb soyudduqdan sonra braunini 16 kvadrata kəsib süfrəyə verin. 
Nuş olsun!  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!