Kəsmikli blinçik piroqu

Kəsmikli blinçik piroqu
Şirniyyat və Tortlar
10.09.2017 22
Tərkibi: 



10-12 ədəd hazır nazik blinçik 

500 q kəsmik 

1-2 x.q. şəkər tozu

1 yumurta

1 paket vanilli şəkər 

ərik qurusı və ya kişmiş 



üzərinə: 

2 yumurta

2-3 x.q. şəkər tozu

3 x.q. xama





İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın. 



İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.



Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.  



Yumurtanı şəkər tozuyla çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın. 



Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!