Karamel souslu dondurmalı profiterol

Karamel souslu dondurmalı profiterol
Şirniyyat və Tortlar
10.09.2017 11
Vəsaitlər

Xəmiri üçün:Karamel souslu dondurmalı profiterol
1,5 su stəkanı su, 100 qr yağ , 1 su stəkanı un, 4 yumurta 
Plombu üçün: 
1 paket qozlu dondurma, 1 paket qaymaqlı dondurma

Üzəri üçünKaramel souslu dondurmalı profiterol
Karamel sousu, şokolad sousu  

TərifKaramel souslu dondurmalı profiterol
Su və yağı qazanda qaynadın. Unu əlavə edib sürətlicə qarışdırın. Qalın bir xəmir halına gəldikdən sonra qazın üzərindən götürüb soyumağa buraxın, yaxşıca soyuduqdan sonra yumurtaları tək-tək qıraraq (çırpıcı və ya qaşıq köməyiylə) xəmirə yedirin. Xəmiri krem sıxma torbasına doldurun. Profiterol xəmirlərini qoz böyüklüyündə olacaq şəkildə soba kağızına sıxın. Əvvəldən isidilmiş 180 dərəcə sobada çəhrayılaşana qədər bişirin. Soyuyunca aralarını açıb dondurmalardan paylaşdırıb xidmət qabına alın. Üzərinə karamel sousu və şokolad sousu gəzdirib servis edin.

Nuş olsunKaramel souslu dondurmalı profiterol
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!