Mayalı bulka

Mayalı bulka
Şirniyyat və Tortlar
10.09.2017 50
Ərzaq:



1,5 su stəkanı ilıq süd + su qarışımı

2 çay qaşığı quru maya (droj)

1,5 çay qaşığı duz

1 çay qaşığı şəkər

1 yumurta (ağı xəmirin içinə, sarısı üstünə surmək üçün)

aldığı qədər un (təxmini yarım kq)

100 qr ərimiş kərə yağı və ya marqarin



İçinə:

istəyə görə pendir

qara zeytun (tumu çıxarılmış)

kartof





Hazırlanması:



Xəmir üçün lazım olan ərzaq götürülür, üzərinə un əlavə edərərk ələ yapışmayan bir xəmir yoğrulur. Xəmirin gəlməsini (mayalanmasını gözləmirik, masanın üzərində 4 kündəyə ayırırıq. Birinci kündəni un səpib 30-40 sm qalınlığında açırıq. Üzərinə ərimiş yağdan sürürük. İkinci kündəni də açırıq onu əvvəl açdığımız yuxanın üstünə qoyuruq onun üstünə də yağ sürtürük. Xəmir yağı bir az çəkməsi üçün 10 dəqiqə bir kənara qoyuruq gözləyirik. (gözləməsək qatladığımız zaman yağ kənarlardan axar) Sonra xəmirin bir kənarından başlayaraq rulet kimi bükürük. Soyuduçuya qoyuruq. Qalan kündələridə eyni şəkildə açıb, yağlayıb, büküb soyuducuya qoyuruq. 10-15 dəqiqə sonra çıxarıb 3-4 sm enində kəsirik. Hər parcanı əlimizlə hər iki tərəfini büzüb təkrar kündə halına gətiririk. Hazırladığımız kicik kündələri əlimizdə açıb arasına pendir ( və ya kartof püresi) qoyub peraşki ükimi bükürk. Yağlanmə tavaya düzürük, yarım saat isti bir yerdə mayalanması gözləyirik. Üstünə yumurta sarısını sürtüb və susam və ya çörək otu səpib 180 dərəcə sobada (dxovkada) bişiririk.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!