Dondurmalı peçenyeli buterbrod

Dondurmalı peçenyeli buterbrod
Şirniyyat və Tortlar
10.09.2017 2
Vəsaitlər:



   250 qr sadə keks unu



   115 qr kərə yağı



   2 çay qaşığı karbonat



   50 qr pudra şəkəri



   1 çay qaşığı darçın



   Yarım su stəkanı bal



   25 qr incə çəkilmiş qoz



   6 top çiyələkli dondurma



   6 top böyürtkənli dondurma



Hazırlanması:



Un, şəkər, darçın və karbonatı ələyin. Kərə yağını əlavə edərək qarışdırın.
Bu qarışıq çörək qırıntısı halında olacaq. Balı istilədin və un qarışığının içinə əlavə edərək yaxşıca yoğurun.
Xəmiri yumru qəliblər halında çay stəkanı ilə kəsərək yağlı kağız yaydığınız nimçənin içində yerləşdirin.
Əvvəldən isidilmiş 200 dərəcəlik sobada 8 elə 10 dəqiqə qədər bişirin. Sobadan çıxdıqdan sonra soyumağa buraxın.
Soyuyan peçenyelərin arasına bir top çiyələk və böyürtkənli dondurma qoyub bağlayın.
 
/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!