Qozlu rulet resepti

Qozlu rulet resepti
Şirniyyat və Tortlar
10.09.2017 80
Tərkibi:

250 qram su

130 ml bitki yağı

180 qram şəkər tozu

1 x.q. vanil

1 x.q. kakao

350-380 qram un

1,5 ç.q. qabartma tozu

100 qram kişmiş

100 qram qoz ləpəsi, fındıq

 

Hazırlanması:

Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək, həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.

100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.

Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa  əlavə edərək, xəmir yoğurun.  Xəmir qatı xama kimi olmalıdır.

Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.

Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.

Xəmiri  qarışdırıb, forma qabına tökün.

Piroqu 180 dərəcə qızdırılmış sobada  45-50 dəqiqə ərzində bişirin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!