Qaymaqlı keks resepti

Qaymaqlı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 418
Tərkibi:

1 su stəkanı maye süd qaymağı (kremdən ola bilər)

3 dənə yumurta

1 çay stəkanı su

1 su stəkanı şəkər

2,5 su stəkanı un

1 paket qabartma tozu

1 çay qaşığı vanil

Yarım su stəkanı  incə çəkilmiş fındıq və ya fıstıq

2 xörək qaşığı hindistan qozu rəndəsi



Hazırlanması:

Yumurta ilə şəkəri köpük konsistensiyasına gələnə qədər qarışdırın.

Şəkər əriyincə su və qaymaq əlavə edib qarışdırmağa davam edin.

Qaymaq qarışığın içində həll edilincə un üstünə qabartma tozu və onun üstünə vanil tozunu əlavə edib qarışdırın.

Konsistensiyaya gəlincə çəkilmiş fındıq parçalarını və hindistan qozunu əlavə edib yoğurun.

Son olaraq keks qəlibini yağlayıp bu qarışığı qəlibə tökün.

Əvvəldən isidilmiş 175 dərəcədə bişirin.

Gözlə görünən qabarma olana qədər bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!