Dondurma qızartması resepti

Dondurma qızartması resepti
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

1 qutu qaymaqlı dondurma

2-3 su stəkanı üyüdülmüş qarğıdalı

1 x.q kərə yağı

1 x.q duru yağ

2 ədəd yumurta

1 su stəkanı + 2 x.q un

1 su stəkanı süd



Qızartmaq üçün:

Bol duru yağ



Hazırlanması:

Dondurmadan toplar çıxarıb üyüdülmüş qarğıdalıya  bulayın. Aralı olaraq qablara yerləşdirin, dondurucuda 30 dəqiqə gözlədin. Yumurtanın ağını və sarısını ayırın. Yumurta sarısı, kərə yağı, duru yağ, un və südü qarışdırıb 30 dəqiqə istirahət etdirin. Başqa bir yerdə yumurta ağını qarışdırın. Bu qarışığı yumurta sarısı olan qarışığa əlavə edin. Dondurma toplarını çıxarın, qarışığa batırıb - çıxarın  və bol dağ  yağda rəngi dəyişənə qədər qızardın. İsti olaraq servis edin.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!