Köklü və qozlu keks resepti

Köklü və qozlu keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 114
Tərkibi:

3 yumurta

1 su stəkanı əridilmiş kərə yağı

1 su stəkanı toz şəkər

4 ədəd kök

1 su stəkanı iri çəkilmiş qoz

2 çay qaşığı darçın

1 paket qabartma tozu

2 su stəkanı un



Hazırlanması:

Yumurtaları otaq istiliyində yarım saata qədər gözlədin.

Yumurtaları xəmir qabına qırın, üzərinə şəkəri əlavə edin, köpük şəklinə gələnə qədər çırpın.

Sonra əridilmiş kərə yağını əlavə edin. 2-3 dəqiqə daha çırpın.

Köklərin qabıqlarını incə bir şəkildə soyun, mətbəx robotu və ya rəndə istifadə edərək rəndələyin.

Kökləri darçınla birlikdə xəmirə əlavə edin.

Çəkilmiş qozu da əlavə edin.

Unun içinə qabartma tozunu əlavə edin birlikdə ələyin.

Qarışığa yavaş - yavaş unu əlavə edin.

Xəmir hamar hala gələnə qədər çırpma əməliyyatına davam edin.

Keks qəlibinin hər yerini bir gözəl yağlayın və yüngül un səpin.

Xəmiri keks qəlibinə tökün.

Əvvəldən 180 ‘ C sobaya keks xəmirini verin və 30- 35 dəqiqə qədər bişirin.

Keks bişdikdən sonra üzərinə pudra şəkəri və qoz əlavə edərək xidmət edə bilərsiniz.



Nuş olsun !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!