Kişmişli bulka resepti

Kişmişli bulka resepti
Şirniyyat və Tortlar
10.09.2017 221
Tərkibi:

2 stəkan (500 ml) süd

150 qram şəkər tozu

2 çay qaşığı quru toz-maya

100 qram Westgold kərə yağı

150 qram kişmiş (mən qara kişmişdən istifadə etdim. İstəyə görə ağ kişmiş qata bilərsiniz

5 stəkan yarım un

Bir çimdik duz

2 yumurta (birinin sarısını bulkaların üstü üçün ayırın



Hazırlanması:

Südü bir az isidin (ilıq olmalıdır). Üstünə şəkər tozunu əlavə edib qarışdırın.

Toz-mayanı da əlavə edib qarışdırıb kənara qoyun.

Kərə yağını əridib soyuması üçün kənara çəkin.

Kişmişi yuyub suyunu süzün.

Ləyənə 4 stəkan un ələyin. Duz, mayalı-şəkərli süd, əridilmiş yağ və yumurtaları əlavə edib qarışdırın.

Üstünə qalan unu da əlavə edib xəmir yoğurun (unun hamısını birdən tökməyin, tədricən tökün, çünki hamısı lazım olmaya bilər).

Xəmir əvvəlcə ələ yapışacaq, amma yoğurduqca hamar olub yapışmayacaq. Yenə ələ yapışırsa biraz da un qatın.

Kişmişi əlavə edib yenə yoğurun.

Ləyənin dibinə bir az duru yağ gəzdirib xəmiri buraya yerləşdirin.

Üstünü örtüb gəlməsi üçün isti yerə qoyun. Xəmir 1.5 – 2 saat sonra gəlmiş olmalıdır.

Xəmiri balaca kündələrə bölün (təxminən 16 ədəd).

Xəmir toplarını bir-birindən aralı olmaq şərtilə dibinə perqament kağızı
sərilmiş listə düzün (perqamentiniz yoxdursa, listi bir az yağlayın).
Listin ölçüsündən asılı olaraq 1 və ya 2 list lazım ola bilər.

Listi  çay dəsmalı ilə örtüb 30 dəqiqəlik kənara qoyun ki, xəmir bir qədər də qabarsın.

Sobanı 190Cdək isidin. Ayırdığınız yumurta sarısını bir qaşıq südlə qarışdırın.

Bu qarışığı bulkaların səthinə çəkin. Listi sobanın orta gözünə
yerləşdirib (2 listdən istifadə edirsinizsə,  birini yuxarı, digərini
aşağı yerləşdirib, 10 dəqiqədən sonra yerlərini dəyişin) bulkaları 20
dəqiqə, yaxud üstləri qızaranadək bişirin.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!