İsveçrəsayağı rulet resepti

İsveçrəsayağı rulet resepti
Şirniyyat və Tortlar
10.09.2017 26
Tərkibi:
50 qr şəkər kirşanı (xəmir üçün)
Səpilmə üçün şəkər krişanı
2 ədəd yumurta
50 qr un
1 çay qaşığı ilıq su
Mürəbbə
Hazırlanması:
Ölçüsü 23 sm X 23 sm olan kvadrat formanın içinə salmaq üçün yanmayan kağızdan 2 ədəd dördbucaqlı kəsin. Kağızın birini formanın içinə elə yerləşdirin ki, təkcə dibini yox, kənarlarını da tutsun. Digər kağızı isə nəm dəsmalın üzərinə qoyub üstünə şəkər kirşanı səpin. Yumurtaları 50 qr şəkər krişanı ilə birlikdə mikserlə bir qədər bərkiyənədək çalın. Sonra ələnmiş unu və suyu əlavə edib qarışıqla qarışdırın. Alınan xəmiri formanın içinə bərabər yayın. Sobaya qoyub hazır olana qədər bişirin. Azca soyuduqdan sonra üzərinə şəkər krişanı səpdiyiniz kağızın üstünə üzü üstə çevirin. Qıraqlarını 1 sm enində kəsib çıxartdıqdan sonra xəmrin üzərinə mürəbbə çəkin və rulet şəklində bükün. Rulet soyuqdan sonra süfrəyə vermək olmaz.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!