Kişmişli muffin resepti

Kişmişli muffin resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

3 su st un

2 su st şəkər tozu

1 su st qatıq

1 ç q darçın

1 ç q zəncəfil

1 p qabartma tozu

2 yumurta

1 su st duru yağ

1 su st isti suda gözlədilmiş kişmiş



Hazırlanması:

Şəkər tozunu və yumurtanı ağaranadək mikserlə çalırıq.

Sonra üzərinə qatıq və duru yağı tökürük. Yenə çırpırıq.

Sonra un, darçın, qabartma tozu və zəncəfili bir yerdə ələkdən keçirdib qarışıma əlavə edirik.

Mikserlə çaldıqdan sonra suda gözlədilmiş kişmişi əlavə edirik. Qaşıqla yavaşca qarışdırırıq.

Sonra qəlibinə töküb 170 dərəcədə qızdırılmış sobada 20-30 qəqiqə bişiririk. Maffin hazırdır.

Yedikcə məni xatırlayın.



Nuş olsun!

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!