Mürəbbəli peçenye resepti

Mürəbbəli peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 146
Tərkibi:

Xəmir üçün:

400 qr un

200 qr kərə yağı və ya marqarin

250 qr şəkər tozu

3 yumurta

25 qr darçın



İçi üçün:

150 qr qatı mürəbbə

150 qr qoz-fındıq

50 qr şəkər pudrası



Hazırlanması:

Unu
ələkdən keçirin. Yumurta sarılarını çalın. Unun ortasında çala açın,
çalınmış yumurtaları, şəkər tozu, yumşaldılmış yağ, bir çimdik duz
vurun. Yaxşıca qarışdırın, darçın əlavə edin. Əlüstü yoğurub 30 dəqiqə
soyuducuda saxlayın.

Soyuducudan çıxardıqdan sonra yayın, yumru
dairələr kəsin. Bir qədəh götürün, altı ilə hərəsinin ortasına basıb
çuxur düzəldin. Peçenyenin üzərinə xırdalanmış qoz-fındıq səpin,
ortasındakı çalaya isə qatı mürəbbə qoyun (axmasın deyə çox qoymayın).
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Peçenye sinidə
soyumalıdır. Soyumamış çıxarsanız, ovulub töküləcək. Üzərinə şəkər
pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!