Laminqton ruleti resepti

Laminqton ruleti resepti
Şirniyyat və Tortlar
10.09.2017 52
Tərkibi:
Biskvit üçün:
Un-100 q
Qabartma tozu- 1 ç.q
Yumurta-3 ədəd
Şəkər tozu-100 q
Qarğıdalı nişastası-1 x.q
Krem üçün:
33 % qaymaq-500 q
Jelatin-10 q
Bişmiş krem-250 q (süd-250 q; şəkər tozu-60 q; yumurta sarıs-1-2 ədəd; qarğıdalı nişastası-20-25 q)
Giləmeyvə cemi
Kokos ovuntusu
Çiyələk
Şokalad krem
Şəkər kirşanı-300 q
Kakao-35 ü
Süd-60-80 q
Hazırlanması:
1. Biskvit hazırlamaq üçün: yumurta ilə şəkər tozu ağaranadək mikserlə çalınır və qarğıdalı nişastası, qabartma tozu, ələnmiş un əlavə edilib taxta qaşıq ilə qarışdırılır. Xəmir kalka qida kağızının üzərinə nazik yayılır və listə yerləşdirilib qabaqcadan 180 dərcəyədək qızdırılmış sobada 15-20 dəq. hazırlanır.
2. Krem hazılamaq üçün: jelatin adi qaydada suda açılır. Ayrıca hazırlanan bişmiş krem isti jelatinə əlavə edilib qarışdırılır. Alınan krem ilıq halına salınır, ona qaymaq əlavə edilir və qarışdırılır. Hazır krem otaq temperaturunda olduqda 30 dəq. soyuducuda saxlanılır.
3. Bişmiş krem üçün: şəkər tozu 200 q süddə odun üzərində qarışdırlaraq əridilir. Qarışığa dayanmadan qarışıdırlaraq bir-bir yumurta sarısı vurulur. Qarğıdalı nişastası 50 q soyuq süddə qarışdırılıb kremə vurulur və mikserlə çalınır.
4. Sobadan çıxarılmış xəmir soyudulur, üzərinə əvvəlcə cem, sonra krem yayılır, yarıya bölünmüş çiyələklər düzülür və səliqəli formasında bükülür.
5. Şokalad krem hazırlamaq üçün:nəzərdə tutulan ərzaqlar qarışdırlıb əridilir. Krem isti halda qaba əlavə edilir. Rulet əvvəlcə şokaladlı kremin içinə salınır, sonra kokos ovuntusunda urvalanır.
6. Hazır rulet çiyələklə bəzədilir.
 
Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!