Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti

Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti
Şirniyyat və Tortlar
10.09.2017 519
Vanilli dondurma
Tərkibi:
2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
1 stəkan şəkər tozu
200 qr qaymaq
Hazırlanma qaydası:
Əvvəlcə 2 stəkan südə vanil əlavə edib qaynadırıq.
Süd qaynandıqdan sonra isə 15 dəqiqəyə yaxın soyumağa buraxılıb digər işlərlə məşğul oluruq.
Bu vaxt başqa bir qazanda 4 yumurta sarısını şəkər tozu ilə qarışdırıb, ilıq südü həmin qarışıma yavaş-yavaş qarışdıraraq əlavə edirik.
Qazanı içi su ilə dolu başqa bir qabın içinə oturdub (benmari üsulu) zəif atəşdə qarışdıraraq bişiririk.
Qaynamamağı üçün xüsusi diqqət yetirik.
Ümumiyyətlə krem halına gələnə qədər 10-15 dəqiqə bişiririk.
Qarışım qaşığa yapışmağa başlayanda ayrı bir qaba töküb soyumağa qoyuruq.
Üzərinin qaymaq tutmamağı üçün arada bir qarışdırırıq.
200 qr qaymağı ayrı bir qabda qarışdırıb hazırladığımız soyuq qarışıma az- az töküb qarışdırırıq.
Üzərini örtüb dərin dondurucuya qoyuruq.
Sonra qarışımı dondurucudan çıxarıb mikserlə bir neçə saniyə qarışdıraraq və yenə də dərin dondurucuya qoyuruq.
Bu prosesi qarışım dondurma halına gələnə qədər bir neçə dəfə təkrarlayırıq.
Hazırladığınız dondurmanı daha sonra dərin dondurucudan çıxarıb soyuducunun digər bölməsində plastmas bir qabda saxlamanız daha məsləhətlidir.

Şokoladlı dondurma

Tərkibi:
4 yumurta
2 stəkan süd
20 qr pudra şəkəri (1.5 stəkan)
10 qr şokolad
azacıq darçın
Hazırlanma qaydası:
Pudra şəkəri və yumurtaları mikserlə qarışdırıb içinə südü əlavə edirik.
Qazanı içi su ilə dolu bir qabın içinə oturdaraq benmari üsulu ilə qarışdıra-qarışdıra isiridirk.
Qaynama dərəcəsinə gələndə qazanı qaynayan sudan çıxarırıq.
Başqa bir qabda 1 fincan ilıq südlə şokoladı benmari üsulu ilə əridirik.
Darçın səpib və kremli qarışımı əlavə edirik. Qarışdıraraq biraz soyumasını təmin etdikdən sonra və bir qaba boşaldaraq dondurucuya qoyuruq.
Hazır olduğunu görənə qədər 2 saatdan bir çıxarıb taxta qaşıq ilə qarışdırırıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!