Banan kremli mərmər ruleti resepti

Banan kremli mərmər ruleti resepti
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi: 

Biskvit üçün: 


4 yumurta

4 x.q. şəkər tozu

1 paket vanilli şəkər 

4 x.q. un

4 x.q. qoxusuz bitki yağı

0,5 ç.q. qabartma tozu

1 çimdik duz

1 x.q. kakao tozu

1 x.q. qəhvə tozu

1-2 x.q. qaynar su



Krem üçün:

200 q yağlı xama (40%)

1 x.q. şəkər pudrası

1 paket qaymaq qatılaşdırıcısı

1 banan 

100 q şokolad (südlü və ya tünd)

1 ç.q. konyak və ya rom



Hazırlanması:

Yumurta ağlarını tədricən 2 x.q. şəkər tozu və 1 çimdik duz əlavə edərək çalın. Yumurta sarılarını qalan şəkər tozu və vanillə çalın. Çalmağı dayandırmadan yağı əlavə edin. Çalınmış yumurta ağları ilə sarılarını ehtiyatla qarışdırın. Unu
qabartma tozu ilə birlikdə qarışdırın. Çalınmış yumurtalara səliqə ilə
əlavə edin, çalışın, həcmi itməsin. Bir fincanda kakao, qəhvə və qaynar suyu yaxşıca qarışdırın. 36x28 sm ölçülü formanın içinə perqament döşəyin, yağlayın. Xəmirin
2/3-ni tökün. Hamarlayın. Xəmirin qalanına kakao-qəhvə qarışığını əlavə
edib qarışdırın. Qaşığın köməyilə adda-budda xəmirin üstünə qoyun. Diş çöpünün köməyilə xaotik naxışlar çəkin.  180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə, hazır olanadək bişirin. 

Bişmiş biskvitin üzərinə dəsmal örtün, dərhal çevirib perqamenti çıxarın. Biskviti dəsmalla birlikdə rulet kimi bükün. 



Krem: Xamanı şəkər pudrası və qaymaq qatılaşdırıcısı ilə qatılaşınca çalın. Şokoladı su hamamında əridin. Bananı əzib püre halına salın, şokolad və
konyakla qarışdırın. Bu qarışığı çalınmış xama ilə birləşdirin. Soyumuş ruleti açın, üzərinə krem çəkin, yenidən rulet kimi bükün. Soyuducuda bir qədər saxlayın. 

Qeyd: qaymaq qatılaşdırıcısının tərkibi kartof nişastası ilə şəkər
pudrasının qarışığıdır. 8 qramlıq paket 200-250 ml təzə qaymaq üçün
nəzərdə tutulub. Yəni əgər mağazada tapmasanız, bu qarışıqla əvəz edə
bilərsiniz: 200 q xamaya 1 x.q. nişasta+1 x.q. şəkər pudrası
qarışdıraraq çalın. Bunu həmçinin bir paket pudinq, yaxud tort üçün jele
ilə də əvəz etmək olar. 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!