Tiramisu tortunun resepti

Tiramisu tortunun resepti
Şirniyyat və Tortlar
10.09.2017 361
Tərkibi:

Yumurta sarısı 2 ədəd

Şəkər kirşanı 6 x.q

Maskarponi pendiri 500 qr

Qaymaq 500 qr

Dəmlənmiş kofe 200 qr

Barmaq peçenye 400 qr

Kakao 30qr

Ətirləndirmək üçün vanil



Hazırlanması:

Təzə yumurta sarısı 4x.q şəkər kirşanı ilə mikserlə ağarana qədər çalınır. Sonra isə qatı qaymağı da əlavə edib yenidən çalınır

Ayrı qabda isə maskarponi pendirinin üzərinə 2 x.q qaşığı şəkər kirşanı əlavə edib,mikserlə iki qat artana qədər çalınır.

Hər iki krem birləşdirilib çalınır.

Sonra peçenyeləri bir-bir soyuq kofeyə tez salıb-çıxardmaq şərtilə kremlənmiş qaba sırayla düzülür.

Bir lay düzdükdən sonra qalın lay krem çəkilir, ikinci lay üçün eyni üsulla peçenyelər düzülür.

Beləliklə üst kremi çəkildikdən sonra kakao ələnir.

Kakao ələdikdən sonra isə heç olmasa 24 saat soyuducuda saxlanılır ki,istənilən dad alınsın.

Bir gün soyuducuda saxladıqdan sonra Tiramisu tortu doğranır,bu reseptdən 12 nəfərlik pay alınır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!