Qozlu rulet resepti

Qozlu rulet resepti
Şirniyyat və Tortlar
10.09.2017 105
Tərkibi:
Biskvit üçün:

5 ədəd yumurta
1 st şəkər tozu
1 st un
2 x.q kakao
1 paket qabartma tozu
Krem üçün:
1 banka bişmiş qatılaşdırılmış süd
İçi üçün:
50 qr qoz ləpəsi
Hazırlanması:
Qatılaşdırılmış südü 3 saat suda bişiririk qoyuruq soyuyur.Ya da hazır bişmiş qatılaşdırılmış süddən istifadə edirik.
Yumurtanı mikserlə çalırıq. Şəkər tozunu əlavə edib yenə çalırıq. Unu və qabartma tozunu əlavə edib mikseri aşağı sürətə qoyub çalırıq. Qarışığın 1/3-ni başqa qaba töküb üstünə 2 x.q kakao töküb çalırıq. Əvvəlcə xəmiri tökəcəyimiz qabı sobada qızdırırıq. Çıxaran kimi tez kağız sərib kakaolu xəmirdən tökürük. Çubuq vasitəsi ilə naxış salırıq. Qalan ağ xəmiri naxışın üstündən töküb yayırıq. 180 dərəcə qızdırılmıç sobada 20-25 dəqiqəyə bişiririk. Çıxardan kimi kağız ilə bərabər bükürük. Qalır tam soyuyur. Soyuduqdan sonra kağızı açıb götürürük.  Qoz ləpəsini bıçaqla xırda doğrayırıq. Arasına qatılaşdırılmış süd çəkib qoz ləpəsindən səpib bükürük. Yan hissəsəri kəsib götürürük.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!